“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasını dronla ilk lentə alanlardan biri olan Aktaudan olan məşhur bloger Azamat Sarsenbayev 10 sutka müddətində həbs olunub.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, bloger xilasedicilərə mane olduğunu etiraf edib.:
"Bəli, icazəsiz çəkiliş etməklə, əraziyə qanunsuz daxil olmaqla xilasetmə əməliyyatına mane olmuşam", - deyə o bildirib.
Ağa Dadaşzadə