AZ

Çindən xəbərdarlıq: ABŞ-nin müdafiə büdcəsi dünyanı təhdid edir

ABŞ-nin hərbi sektora rekord məbləğdə pul ayıracaq müdafiə büdcəsi təklifi bütün dünyanı təhdid edir. Rusiya mediasının yaydığı məlumata görə, bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq brifinqdə bildirib.

Diplomatın fikrincə, bu layihə hərbi xərclərin artmasına və dünyada hegemonluğu qorumağa haqq qazandıraraq və Çindən gələn qondarma “hərbi təhlükəni” təbliğ edir.

Çjan Syaoqang onu da vurğulayıb ki, bu layihə Çin Xalq Respublikasının daxili işlərinə kobud şəkildə müdaxilə edir və bütün dünyada sabitliyi təhdid edir: "Buna görə də Pekin buna qarşıdır".

Dekabrın 24-də ABŞ prezidenti Cozef Bayden ölkənin 2025-ci maliyyə ili üçün (oktyabrın 1-də başlayıb-red.) müdafiə büdcəsini 895 milyard dollar həcmində təsdiqləyib.

Tural

Seçilən
3
news365.az

1Mənbələr