Rusiyada bloklanmış saytlara girənlər cəzalandırılacaq.
Azpost bildirir ki, bu barədə “Roskomnadzor”un sərəncamında əks olunub.
Rusiya vətəndaşları VPN-dən istifadə etdiklərinə görə cərimələnə bilər. Roskomnadzor”un sərəncam layihəsinə əsasən operatorlar bloklanmış saytlarla işləyən istifadəçilər haqqında məlumatları bu quruma ötürməyə məcburdurlar.
Hüquqşünasların fikrincə, qanun qəbul olunarsa, “Roskomnadzor” bloklanmadan yan keçmək cəhdlərini izləyə biləcək.