Havay səlahiyyətliləri, Çikaqodan Mauiyə uçan United Airlines təyyarəsinin təkər yuvasında cəsəd tapdıqlarını açıqlayıblar.
News24.az xəbər verir ki, aviaşirkətdən verilən açıqlamada cəsədin Boeing 787-10 təyyarəsində tapıldığı bildirilib.
UA202 reysi ötən gün günortadan sonra Havayaya çatıb, səlahiyyətlilər təkər yuvasına yalnız təyyarənin xaricindən daxil ola biləcəyini söyləyib.
Səlahiyyətlilər, həmin şəxsin təkər yuvasına necə və nə vaxt daxil olduğu barədə hələlik heç bir məlumatın olmadığını bildirib və araşdırmaya başlanıldığını açıqlayıb.
Qeyd edək ki, təyyarənin təkər yuvasında gizlənmək qaçanların ən çox istifadə etdiyi üsullardan biri olduğu bilinir. Federal Aviasiya Administrasiyasının məlumatlarına görə, qeyri-qanuni olaraq təyyarəyə minməyə cəhd edən qaçanların 77 faizindən çoxu ölür.
Məryəm İlhamqızı