AZ

Fələstin hakimiyyəti "Əl-Cəzirə"ni fəaliyyətini qadağan edir

Fələstin hakimiyyəti öz ərazilərində "Əl-Cəzirə" telekanalının işini qadağan etmək qərarına gəlib.

HİT.az xəbər verir ki, bu barədə "Bild" yazıb.

Nəşr qeyd edib ki, payızda "Əl-Cəzirə"nin İsraildəki ofislərinin bağlanmasına beynəlxalq reaksiyalar kəskin idi. O zaman Almaniya Xarici İşlər Nazirliyi narahatlığını ifadə edərək, bunu “yanlış siqnal” adlandırıb. Ancaq indi Fələstin hakimiyyəti İordan çayının qərb sahilində telekanalın fəaliyyətini qadağan etmək qərarına gəldikdən sonra buna bənzər reaksiya olmayıb.

İordan çayının qərb sahilini idarə edən Fəth təşkilatı "Əl-Cəzirəni" fələstinlilər arasında zorakılıq və düşmənçiliyi qızışdırmaqda ittiham edir. Bu, kanalın münaqişənin genişlənməsinə töhfə verdiyini iddia edən İsrailin arqumentlərinə bənzəyir. "Əl-Cəzirə" telekanalının rəhbərliyi verdiyi açıqlamada Fələstin tərəfinin hərəkətlərini pisləyərək, belə qərarların “mətbuat azadlığını təhdid etdiyini” vurğulayıb.

“Əl-Cəzirə”nin tənqidi əsasən telekanalın HƏMAS-ı dəstəkləyən Qətərlə əlaqəsi ilə bağlıdır. Məsələn, telekanalın jurnalistlərinin yaraqlıları “müqavimət” adlandırdığı Cenin şəhərində Fələstin təhlükəsizlik qüvvələrinin hərəkətləri ilə bağlı son xəbərlər mənfi reaksiyaya səbəb olub. Eyni zamanda bu materiallarda Fəth-in antiterror əməliyyatları mənfi şəkildə təqdim edilib.

Almaniya Xarici İşlər Nazirliyi Fələstin hakimiyyətinin hərəkətlərini şərh edərək, bunu ciddi problem kimi qiymətləndirdiyini və aydınlaşdırma tələb etdiyini bildirib. Üstəlik, daha əvvəl İsrail məsələsində departament söz azadlığının müdafiəsi ilə bağlı sərt bəyanatlar vermişdi.

Samir

Seçilən
8
hit.az

1Mənbələr