AZ

Hərbi komissarlığın qapısını sındırdı və avtomobili yandırdı

Dekabrın 25-də axşam saatlarında Rusiya Federasiyasının Vladimir vilayətinin Qus-Xrustalnı şəhərində avtomobil hərbi komissarlığın binasına daxil olub – sürücü darvazanı sındırıb, sonra isə maşını yandırıb.

Editor.az bildirir ki, bu barədə Rusiya şəhərinin meri Aleksey Sokolov məlumaat verib. Sokolov sürücünü “Ukraynalı fırıldaqçıların daha bir qurbanı” adlandırıb. Merin sözlərinə görə, həmin şəxs saxlanılıb və ifadə verir.

Sokolov sakinləri “məzmununda həmsöhbətin göstərişi ilə bəzi qanunsuz hərəkətlər etmək tələbi olan” bütün zəng və mesajlara “çox diqqətli” olmağa çağırıb. Vladimir vilayəti üzrə İstintaq Komitəsi yandırma yolu ilə başqasının əmlakına qəsdən ziyan vurma maddəsi ilə cinayət işi açıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr