AZ

Təyyarənin dronla vurulması iddiasına – AZAL prezidentindən reaksiya


AZAL-ın prezidenti Samir Rzayev Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsnin dronla vurulub-vurulmaması məsələsindən danışıb.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, S.Rzayev hələ bu kimi iddialarla bağlı konkret fikir bildirməyin mümkün olmadığını qeyd edib.
“Hələ heç bir iddia ilə bağlı konkret söz demək mümkün deyil. Hələ ki müvafiq qurumlar tərəfindən araşdırma aparılır”, - deyə AZAL-ın prezidenti əlavə edib.
Qeyd edək ki, dünən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin quyruq hissəsində dəliklər aşkar edilib.
Mediada və sosial şəbəkələrdə təyyarənin quyruq hissəsindəki dəliklər ilə bağlı fərqli iddialar səsləndirilir. Rusiya Baş Qərargahının keçmiş zabiti Mixail Zvinçuk deyib ki, bu cür dəliklərə hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən atılan zenit raketlər səbəb ola bilər.
Seçilən
13
24
yeniavaz.com

10Mənbələr