AZ

Qış təkərlərindən istifadə etməməyin hansı fəsadları var? - Ekspert DANIŞDI

"Təkərlər nəqliyyat vasitələri üçün ən önəmli vasitələrdən biridir".

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, təkərin əhəmiyyəti avtomobil üçün çox böyükdür:

"Əgər təkər olmasa, avtomobil heç vaxt hərəkət edə bilməz. Hətta onun ən kiçik məsafəni qət etməsi üçün belə təkərlərin olması şərtdir. Bundan başqa, təkərlər də yaranacaq hər hansısa nasazlıq qəza riskinə səbəb ola bilər. Üstəlik, saz vəziyyətdə olmayan təkərlərə görə insan həyatını təhdid edəcək qəzaların meydana gəlməsi mümkündür".

Ekspert qeyd edib ki, bütün bunlara görə nəqliyyat vasitələrinin təkərləri onlar istehsal edən zavodlar üçün müxtəlif kompensasiyalı element kimi təklif olunur:

"Yəni təkərin diametri, hündürlüyü, qalınlığı, dözümlülüyü və istifadə olunan rezin olduqca mühümdür. Bunların hamısı nəqliyyat vasitələrinin əsas arqumentlərinə daxildir. Belə olan halda hər fəslin öz təkərindən istifadə olunmalıdır. Xüsusilə də qış təkərləri təhlükəsizlik üçün çox böyük əhəmiyyətə malikdir".

Aslan Əsədov vurğulayıb ki, qış fəslində müvafiq təkərlərdən istifadə olunmalıdır:

"Qış təkərlərindən istifadə etməmək yolda sürüşməyə və qəzalara səbəb ola bilər. Bu səbəbdən də qış fəsli daxil olmadan öncə avtomobillərin təkərlərini dəyişmək tələb olunur. Bununla da qəza riskini minimuma endirmiş olarsınız". 

Pərviz

Seçilən
5
hit.az

1Mənbələr