"Son günlər daxili siyasi sahədə ən çox müzakirə olunan mövzu Baş nazirin notası olub ki, ona görə 1994-cü ildən, yəni atəşkəsdən sonra, əvvəldən danışıqlar prosesi Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı olub". .
Adalet.az xəbər verir ki, “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan “ Haykakan Jamanak ”a açıqlamasında deyib. O bildirib ki, Dağlıq Qarabağ problemindən Ermənistanda hakimiyyəti ələ keçirmək və onu saxlamaq üçün istifadə edilir: "Müxtəlif dövrlərdə ölkə rəhbərliyini ələ keçirmiş prezidentlərin ittihamları, xüsusən, indiki hökumət başçısını müxtəlif tribunalardan Dağlıq Qarabağı təhvil verməkdə, ərazi itkilərində ittiham etməsi diqqətləri çəkirdi. Lakin canlı yayımda ictimaiyyət qarşısında baş nazirlə debatdan imtina etdilər.
Hovhannisyan vurğulayır ki, keçmiş prezidentlər gedib, torpaqların qaytarılması ilə bağlı danışıqlar aparıb, qayıdıb, “torpağı alana verək” deyiblər.
Hakim partiyanın nümayəndəsi iddia edir ki, üç keçmiş prezident təkcə cinayət-hüquqi baxımdan deyil, həm də mənəvi-psixoloji baxımdan ictimaiyyət qarşısında məsuliyyət daşıyır və bu səbəbdən debata dəvət olunublar.
Deputat vurğulayır ki, keçmiş prezidentlər siyasətçi deyil, siyasi quldurdur, Ermənistanda illərdir mafioz idarəçilik hökm sürür:"
Nikol Paşinyanın, belə demək mümkünsə, siyasi meyitləri diriltməyə çalışması ilə bağlı ittihamlara toxunan Hovhannisyan qeyd edib ki, “bütün həqiqətlər üzə çıxana qədər bu insanlara diqqət dayanmayacaq”.
Əntiqə Rəşid