Mozambikin paytaxtı Maputodakı həbsxanalardan birinin məhbusları ölkədə keçirilən seçkilərin nəticələri ilə başlayan narazılıq və nümayişlərdən istifadə edərək, iğtişaşlar törədiblər.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, qarşıdurma zamanı 33 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. 1500-dən çox məhbus həbsxanadan qaçıb. Qaçan məhbuslardan 150-si geri qaytarılıb. Mozambikdə nümayişlər Ali Məhkəməsinin “Frelimo” partiyasının qələbəsini təsdiqlədikdən sonra başlayıb. Seçkilərin rəsmi nəticələrinə görə, Daniel Çapo seçicilərin 71%-nin səsini toplayaraq yenidən prezident seçilib. Mozambikin daxili işlər nazirinin sözlərinə görə, dekabrın 23-dən bu yana keçirilən etiraz aksiyalarında ən azı 21 nəfər ölüb. seçkilərdən sonrakı üç ayda qurbanların ümumi sayı isə 150-yə çatıb.
Vəli Həsənov,
KONKRET.az