AZ

Qəzaya uğrayan təyyarədən sağ çıxan sərnişin Hökümə Əliyevanın şücaətindən danışıb

Aktauda qəzaya uğrayan təyyarədən sağ çıxan Subxonkul Rəhimov stüardessa Hökümə Əliyevanın şücaətindən danışıb.

"Operativ Media" xəbər verir ki, bu barədə sərnişin TASS-a danışıb.

O qeyd edib ki, kritik məqamda mətanət və cəsarət nümayiş etdirərək üzərinə düşən vəzifələri mükəmməl şəkildə yerinə yetirməyə davam edib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yazınlığında qəzaya uğraması nəticəsində vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb.

Təəssüf ilə qeyd edirik ki, stüardessa Hökümə Əliyevanın da adı həlak olanlar siyasında qeyd olunub. Təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyevanın "hər şey yaxşı olacaq" sözləri sosial mediada gündəm olub. O, son ana qədər öz vəzifəsini yerinə yetirir, sərnişinləri təlimatlandırır. Onun nəşi bu gün ailəsinə təhvil veriləcək.

Seçilən
24
operativmedia.az

1Mənbələr