AZ

"Demişdi, Qroznıya enən kimi zəng vuracam" - Mərhum Anar Babayevin atası

"Dağıstandan Azərbaycana indi gəlmişəm. Oğlumla dünən telefon vasitəsiylə əlaqə saxlamışdım”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təyyarə qəzasında həlak olan Anar Babayevin atası Zöhrab Babayev deyib.

"Telefonunun enerjisi yox idi. Mənə demişdi ki, təyyarədən enən kimi zəng vuracaq. Bir də xəbər gəldi ki, təyyarə qəzaya düşüb. Bir müddət sonra ölüm xəbərini eşitdik. Anar Qroznıda çalışırdı. 33 yaşındaydı, evli olsa da, uşağı yox idi. Bizə nəşinin gətirilməsiylə bağlı hər hansı məlumat verilməyib", - deyə Zöhrab Babayev bildirib.


Müəllif: Məlik Məlikov
Seçilən
17
teleqraf.com

1Mənbələr