AZ

Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan Paşinyana cavab verdi

Paşinyanın debata çağırdığı keçmiş prezidentlərdən Levon Ter-Petrosyan baş nazirə cavab verib.

KONKRET.az xəbər verir ki, Ter-Petrosyan Paşinyanı Qarabağın itirilməsində ittiham edib: “Sizin avantüranız ucbatından müzakirə predmeti olan Qarabağ artıq mövcud deyil. Buna görə erməni xalqının diqqətini bu acı reallıqdan yayındırmaq üçün çarəsiz səylərinizi davam etdirirsiniz. Qqrabağdan heç nə qalmayıbsa, mən sizinlə nəyin mübahisəsin edim? İstədiyiniz qədər hay-küy salın, bu reallıq bir daha silinməyəcək tarixi həqiqətdir. Və əgər, Nikol, sən Qarabağ probleminin diplomatik yolla həlli prosesi ilə bağlı bütün həqiqəti ictimaiyyətin bilməsini istəyirsənsə, mən təklif edirəm. Qarabağın dağıdılmasından sonra həmin prosesin məsləhətləşməsi öz mənasını itirdiyindən Minsk Qrupunun həmsədrlərinin rəsmi olaraq təqdim etdiyi bütün sülh planlarını (2019-cu ilin iyunu daxil olmaqla) və erməni diplomatiyasının onlara rəsmi cavablarını dərc edin. Bu, faktlara əsaslanan əsl debat olacaq. Əgər bunu etməsəniz, həqiqətdən qaçdığınızı və tarixi məsuliyyətdən xırda-xırda yayınma ilə məşğul olduğunuzu bir daha sübut edəcəksiniz”, – deyə Ermənistanın 1-ci prezidenti bildirib.

Vəli Həsənov,

KONKRET.az

Seçilən
12
konkret.az

1Mənbələr