AZ

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, Maldiv Prezidenti Məhəmməd Muizzu, Nepal Prezidenti Ramçandra Paudel, Fələstin Prezidenti Mahmud Abbas, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah, Küveyt Dövlətinin Baş naziri Əhməd Nəvaf əl-Əhməd əl-Sabah, BMT-nin baş katibi Antonio Quttereş, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, eyni zamanda, İranın, Pakistanın, Özbəkistanın, Tacikistanın, Şimali Kipr Türk Cümhuriyyətinin parlamentlərinin sədrləri, MDB Parlament Assambleyası Şurasının katibliyi, Müsəlman Ağsaqqalları Şurası, həmçinin bir sıra ölkələrin XİN-ləri, Azərbaycandakı səfirlikləri, müxtəlif beynəlxalq təşkilatların rəsmiləri təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.

Seçilən
8
8
xalqqazeti.az

9Mənbələr