AZ

Əsəd tərəfdarları HƏRƏKƏTƏ KEÇDİ: 14 polis ÖLDÜRÜLDÜ - ŞOK GÖRÜNTÜLƏR

Suriyada Bəşər Əsəd tərəfdarları pusu quraraq 14 polis əməkdaşını öldürüb.

Musavat.com xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Əsəd tərəfdarları Tartus əyalətində pusu quraraq 14 polis əməkdaşını öldürüb, daha 10-u isə yaralanıb.

Daxili İşlər Nazirinin müavini Məhəmməd Əbdürrəhman SANA xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, polis əməkdaşları təhlükəsizlik təminatı ilə bağlı vəzifələrini yerinə yetirərkən keçmiş cinayətkar rejimin tərəfdarları tərəfindən quraşdırılan pusuda həlak olublar.

Suriya İnsan Haqları Nəzarət Şurası (SOHR) məlumat verib ki, döyüşlər keçmiş Suriya ordusunun zabiti olan bir şəxsin həbsinə cəhd edilərkən baş verib. Həmin şəxs Dəməşq yaxınlığındakı Sednaya həbsxanasında minlərlə məhbusu edam etməkdə ittiham edilir. Silahlı toqquşmalar nəticəsində üsyançı Əsəd tərəfdarlarından 3 nəfər də öldürülüb.

Bundan əvvəl Tartus əyalətində, eləcə də Hələbdəki ələvi məbədinin təhqir olunmasını əks etdirən videoya görə minlərlə insan etiraz aksiyası keçirib. Keçid hökuməti bildirib ki, səs yazısı noyabrda Dəməşqə hücum zamanı çəkilib və hazırda etnik münaqişənin qızışdırılması üçün xüsusi olaraq yayılır.

Musavat.com

Seçilən
10
21
musavat.com

10Mənbələr