AZ

Misir Prezidenti:Bu ağır gündə Azərbaycanın yanındayıq

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Gundem.az report.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Misir Prezidentinin rəsmi saytında yerləşdirilib.

Məktubda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verilib.

Misir Prezidenti həlak olanlara rəhmət, onların ailələrinə səbr, yaralılara isə şəfa diləyib. Bu ağır gündə Azərbaycanın yanında olduqları ifadə edilib.

Seçilən
23
3
gundem.az

10Mənbələr