Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 22 aydan sonra əsas pul siyasəti faizini (uçot dərəcəsini) 50 faizdən 47,50 faizə endirərək proqnozların üzərində faiz endirimi edib. Marja xəbər verir ki, qərardan sonra Dollar/TL məzənnəsi diqqət mərkəzindədir. Bəs Dollar/TL-də son vəziyyət necədir?
İqtisadçılar 1,50 faiz bəndi endirim edəcəyini gözləyərkən, TCMB əsas faizini 2,50 faiz bəndi azaltdı.
Günə 35,2603 TL səviyyəsində başlayan dollar hazırda üfüqi kursunu davam etdirir. Saat 15:29-a olan məlumata görə, Dollar/TL məzənnəsi 35,21 səviyyəsindədir.
Bu gün Dollar/TL məzənnəsində ən yükəsk səviyyə 35,30 lirə olub.