Britaniya kralı III Çarlz keçmiş xəstəxana kilsəsindən xalqa nitq söyləməklə uzun illərin Milad ənənəsini pozub.
Qaziler.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
2024-cü ilin yanvarında monarxa xərçəng diaqnozu qoyulub və o, xəstəliyi ilə mübarizəni davam etdirir.
BBC-nin məlumatına görə, Kral III Çarlz Londonun Fitzrovia bölgəsindəki, əvvəllər “Middlesex” xəstəxanasına aid olan kilsədən çıxış edib.
Böyük Britaniya kralı uzun illər ərzində ilk dəfə Milad nitqi ilə Bukingem Sarayının və ya başqa bir rəsmi iqamətgahın divarları arasında çıxış etməyib.
QAZİLER.AZ