Tatarıstanda sürücülərə avtomobillərini xırda işıqlarla bəzəmək qadağan edilib.
Qaziler.az xəbər verir ki, bu barədə “Veçernaya Kazan” qəzeti yazıb.
“İşıqlar parıldayır və sürücünün, digər yol istifadəçilərinin diqqətini yayındırır. Həmçinin onların hansı yolla işlədiyi də aydın deyil - naqillərlə, portativ batareya ilə. Bu, müxtəlif texniki nasazlıqlara səbəb ola bilər”, - mesajda qeyd edilib.
Tatarıstan Dövlət Yol Müfəttişliyinin əməkdaşları işıqlarla bəzədilmiş bütün avtomobilləri saxlayacaqlar. Sürücülər nəqliyyat vasitələrinin istismarı qadağan edilən vasitələrlə idarə edilməsi maddəsi ilə təqsirli bilinəcəklər. Qanunu pozanlar 500 rubl cərimə ödəməli olacaqlar.
Daxili İşlər Nazirliyi əlavə edib ki, bayram ab-havası yaratmaq üçün özünüzü və ətrafdakıları təhlükəyə atmaq lazım deyil.
QAZİLER.AZ