AZ

Qəzaya uğrayan təyyarədən sağ çıxan 9 Rusiya vətəndaşı Moskvaya gətirilib

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsində sağ qalan 9 Rusiya vətəndaşının təyyarə ilə paytaxt Moskvaya aparıldığı bildirilib.
Sitat.info xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, Qazaxıstanda baş verən təyyarə qəzasında sağ qalan 1-i uşaq olmaqla 9 Rusiya vətəndaşı Moskvaya gətirilib.

Təyyarədə olan vətəndaşlar Moskvanın Jukovski hava limanına enib və təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Sağ qalanlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.

Xatırladaq ki, Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus "Embraer 190" tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

AZAL təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla 67 nəfərin olduğunu açıqlayıb. 

Qəza nəticəsində 38 nəfərin öldüyü, 29 nəfərin sağ qaldığı, təyyarədə 16 Rusiya vətəndaşının olduğu bildirilib.

Tehran,

Sitat.info

Seçilən
7
sitat.info

1Mənbələr