Qazaxıstanda təyyarə qəzasında yaralanan 9 rusiyalı Moskvaya və federal klinikalara aparılıb.
Yenisabah.az xəbər verir ki, onlardan birinin vəziyyəti ağırdır.
Bu barədə Rusiya paytaxtının Səhiyyə Departamenti məlumat yayıb:
“Təcili Tibbi Yardım Mərkəzi və Moskva təcili yardım qrupları Qazaxıstanda baş verən təyyarə qəzasında yaralananları Moskvaya çatdırıb və onlardan ikisi təcili olaraq Sklifosovski İnstitutuna göndərilib. Orada həkimlər lazımi yardım göstərməyə başlayıblar. Zərərçəkmişlərdən birinin vəziyyəti ağır qiymətləndirilir”.
Bundan bir qədər əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinin sağ qalanlarla birlikdə xüsusi reysi daha əvvəl Moskva yaxınlığındakı Jukovski hava limanına enib.
Telegram kanalımız