AZ

Qəza qurbanı olan Ramin də stüard imiş - Fotolar

Təyyarə qəzasında həlak olan sərnişinlərin siyahısında adı olan Ramin Ağayevlə bağlı maraqlı fakt məlum olub.

“Qafqazinfo” Rusiyanın teleqram kanallarına istinadən xəbər verir ki, o, “Ural Airlines” aviaşirkətində 2 ildir ki, stüard kimi çalışırmış.

28 yaşlı R. Ağayevin Rusiya vətəndaşı olduğu və Moskvada yaşadığı bildirilir.

Məlumata görə, Ramin dekabrın 24-də 6 yaşlı qardaşı oğlunu nənəsinin yanına aparmaq üçün Bakıya uçubmuş. O, paytaxtımızdan Qroznıya, oradan Moskvaya uçmalı, dekabrın 26-da isə təyyarə bələdçisi kimi işə çıxmalı imiş.



Seçilən
216
9
qafqazinfo.az

10Mənbələr