Hurriyyet.az xəbər verir ki, Qazaxıstan öz ərazisində "Bayraktar" dronlarının istehsalına başlayacaq.
Qazaxıstan ordusu Türkiyənin "Bayraktar" dronlarını alacaq. Eyni zamanda ölkə ərazisində "Bayraktar" dronlarının istehsalının həyata keçirilməsi planlaşdırılır.
Bu barədə açıqlama Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov ilə "Baykar Defence" şirkətinin baş direktoru Haluk Bayraktarın İstanbulda keçirilən "Saha Expo-2024" sərgisindəki danışıqlarından sonra verilib.
Hürr Tərcüman