AZ

Paşinyan Rusiya ilə Qərb arasında vurnuxur?

Ermənistanın Baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının bu gün Sankt-Peterburqda keçiriləcək sammitində videobağlantı vasitəsilə iştirak edəcək.

Bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb. O, sözügedən iclası çox vacib tədbir adlandırıb.

Xatırladaq ki, N.Paşinyan MDB ölkələrinin liderlərinin dekabrın 25-də Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində iştirak etməyib. 

“Sputnik Ermənistan”ın məlumatına görə, bir neçə gün əvvəl koronavirusa yoluxan Paşinyan iki gün ərzində iqamətgahında karantin şəraitində işləyib. 

Qeyd olunub ki, dünən onun koronavirus testi mənfi olub və o, adi iş rejiminə qayıdıb.

Bəzi ekspertlər iddia edirlər ki, Nikol Paşinyan Rusiya ilə bağlatıları birdəfəlik qırmaq istəmir, çünki qərbdən tam təminat almayıb. 

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Ermənistan Rusiya ilə siyasi və iqtisadi bağları qorumağa çalışır:

“Artıq bir neçə ildir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) və MDB-nin tədbirlərində iştirak etmir. Paşinyanın koronavirusa yoluxduğuna görə, MDB-nin Sank-Peterburqdakı tədbirində iştirak etməkdən boyun qaçırması sadəcə bəhanədir.

Buna baxmayaraq, Paşinyan Rusiyadan tam uzaqlaşmaq və Moskva ilə bütün bağlantıları kəsmək istəmir. Ona görə ki, İrəvan Qərbdən tam olaraq iqtisadi təminat almır, yalnız siyasi təminat alır. Bu da Ermənistanı qane etmir. Ona görə də Rusiya ilə əlaqələri qorumaq məcburiyyətində qalıb. 

Hər kəsə məlumdur ki, Ermənistan iqtisadi cəhətdən Rusiyadan tam asılıdır. Bu il ərzində Ermənistanın 15 milyard dollar gəlir əldə etməsi Rusiya ilə ticarət əlaqələri nəticəsində olub. 

Ancaq ümumillikdə, proseslər onu göstərir ki, Ermənistan Rusiyanın orbitində təşkilatları tərk etmək niyyəti güdür. Halbuki bunun üçün ilk növbədə Ermənistan Qərbdən iqtisadi təminat almalıdır.

Növbəti ildən başlayaraq, Ermənistan öz iqtisadi-siyasətini diverfikasiya etməyə çalışacaq. 

Rusiyanın rəhbərlik etdiyi təşkilatlardan uzaqlaşmaq, Rusiyadan iqtisadi asıllığı azaltmaq Paşinyan hakimiyyətinin iqtisadi-strateji xəttidir”. 

Seçilən
5
cebheinfo.az

1Mənbələr