AZ

Yaralıları Aktaudan Bakıya gətirən təyyarə yola düşdü

Ötən gün baş vermiş faciəvi qəzada yaralanan Azərbaycan vətəndaşlarının olduğu təyyarələr Qazaxıstanın Aktau şəhərindən Bakıya yola düşüb.

Publika.az xəbər verir ki, xəsarət alan şəxslər Bakıya gətirilməsi 2 reys üzrə həyata keçirilir.

Vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətirilir.

Təyyarələrin bugün saat 15:30 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna çatması gözlənilir.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.

Seçilən
12
publika.az

1Mənbələr