AZ

Uçan taksi şirkəti fəaliyyətini dayandırdı

Şaquli qalxan və enən (VTOL) uçan taksilər hazırlayan Alman şirkəti "Lilium" qəfildən fəaliyyətini dayandırıb. Şirkət fəaliyyətini davam etdirmək üçün lazım olan maliyyəni təmin edə bilməyəndə 1000 işçini işdən çıxarıb. 

Redaktor.az xəbər verir ki, həmtəsisçi Patrick Nathen "LinkedIn"də şirkətin bağlandığını elan edərək "yaşıl aviasiya" yaratmaq missiyasının "Lilium"un çətiri altında daha davam edə bilməyəcəyini açıqlayıb.

Şirkət 2017-ci ildə elektrikli hava taksilərinin sınaqlarına başlayıb və 2019-cu ildə uçuş sınaqlarının birinci mərhələsini tamamlayıb. "Liliu" Jet prototipi 100 km/saatdan çox sürət nümayiş etdirib.

Son bir il ərzində şirkəti maliyyə çətinlikləri narahat edib. Baş direktorun nikbinliyinə baxmayaraq, yeni maliyyələşdirmənin artırılması səyləri uğursuzluqla nəticələnib. Şirkətin ləğvi üçün kiçik bir komanda qalacaq. "Lilium"un texnologiyası və aktivlərinin taleyi məlum deyil, lakin şirkətin əqli mülkiyyəti patent hüquqşünası Fabien Muller tərəfindən idarə olunur.

Sevinc İBRAHİMZADƏ

Seçilən
14
1
redaktor.az

2Mənbələr