AZ

Ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı

Suriyada Bəşər Əsəd administrasiyasının devrilməsindən sonra suriyalıların qayıdışı davam edir.

“Cebheinfo.az” xəbər verir ki, dünyada 6,5 milyona yaxın suriyalı müxtəlif ölkələrdə qaçqın kimi yaşadığı halda, bundan sonra çoxlu sayda qaçqının öz ölkələrinə qayıdacağı təxmin edilir.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Əsədin devrilməsindən sonra 50 min insan Suriyaya qayıdıb. Bu insanların yarısı Türkiyəni tərk edib.

Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsində 13 milyona yaxın insan miqrasiya etsə də, onların yarısı ölkəni tərk edib.

Suriyalı qaçqınların ən çox olduğu ölkə Türkiyə olub. Bəşər Əsəd administrasiyasının devrilməsindən sonra suriyalıların öz evlərinə qayıtmasına ümid yaranmışdı. Türkiyə də daxil olmaqla bir çox ölkədən az sayda insan Suriyaya qayıtmağa başlayıb.

Birləşmiş Millətlər Təşkilatının  Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi “X” sosial media hesabında paylaşım edərək, Suriyaya nə qədər qaçqının qayıtdığını açıqlayıb.

Qonşu ölkələrdən qayıdan suriyalı qaçqınların sayının yavaş-yavaş artdığını bildirən Qrandi, son 3 həftədə 50 mindən çox insanın ölkələrinə qayıtdığını bildirib.

Qrandi Suriyada fiziki vəziyyətin ağır olaraq davam etdiyini, geri dönənlərə və ehtiyacı olan hər kəsə daha çox humanitar yardım göstərilməli olduğunu bildirib.

Daxili işlər naziri Ali Yerlikaya verdiyi açıqlamada Türkiyədən qayıdan suriyalıların sayının 25 min olduğunu bildirib. Buna görə də ölkələrinə dönən hər iki suriyalıdan biri Türkiyədən ayrılıb.

Seçilən
14
cebheinfo.az

1Mənbələr