Suriyada müxalifət hakimiyyətə gəldikdən sonra Əsəd rejiminin törətdiyi vəhşiliklər üzə çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, Suriyalıların kütləvi şəkildə basdırıldığı işgəncə mərkəzləri, həbsxanalar və məzarlar Əsəd rejiminin xalqa nələr gətirdiyini ən yaxşı şəkildə təsvir edir.
Suriyanın paytaxtı Dəməşqdə yalnız qadınların dəfn olunduğu kütləvi məzarlıqlar aşkarlanıb.
Dəməşq çölündə Əl Zeynəbiyə bölgəsində tapılan kütləvi məzarlığa gedən suriyalılar qazılmış çuxurlarda tanış əşya və ya paltar tapmağa çalışırlar.
Əsəd rejiminin işgəncə mərkəzi kimi tanınan Sednaya həbsxanasındakı qardaşından 10 ildir xəbər ala bilməyən və kütləvi məzarlıqların yerləşdiyi əraziyə gələrək qardaşının cəsədini tapmağa çalışan suriyalı qadın, “Mən 2014-cü ildən sonra Sednayaya cəmi 4 dəfə baş çəkdim, bir daha görüşmədik” deyib.
Kütləvi məzarlıqlarda ümumilikdə neçə nəfərin dəfn edildiyi hələlik məlum deyil.