Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.
“Cebheinfo.az” xəbər verir ki, təyyarədə olan sərnişinlərdən 2004-cü il təvəllüdlü Tutunçiyev Mahmudun vəfatı ilə bağlı tələbəsi olduğu Bakı Avrasiya Universiteti (BAAU) açıqlama yayıb.
Açıqlamada qeyd olunur:
“Bakı Avrasiya Universitetinin (BAAU) Marketinq ixtisasının tələbəsi Mahmud Tutunçiyev "Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirmişdir. Bədbəxt hadisənin baş verməsi və tələbəmizin vəfat etməsi bizi sarsıtdı. BAAU kollektivi olaraq, Mahmudun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!”.