Fatih Terim Səudiyyə Ərəbistanı komandalarından olan "Əl-Şəbab"la baş məşqçi postu üçün prinsipial razılığa gəlib.
“Cebheinfo.az” xəbər verir ki, Terim bununla bağlı ilk açıqlamanı verib.
Fatih Terim açıqlamasında, "Söhbət etdiyimiz qədərilə “Əl-Şəbab”da transfer etməyəcəyik. Maksimum 1 oyunçu ola bilər. Mən gələnə qədər 1 qapıçı transfer edilib" deyib.
Bildirilib ki, təcrübəli məşqçi bu gün Səudiyyə Ərəbistanına yollanacaq. Fatih Terimin “Əl-Şəbab” klubunda köməkçilərinin Levent Şahin və Hamza Hamzaoğlu olacağı öyrənilib.
Qeyd edək ki, Türkiyə futbolu tarixinə adını yazdıran Fatih Terim karyerasında “Ankaragücü”, “Qalatasaray”, “Fiorentina”, “Milan”, A Milli Futbol Komandası və “Panatinaikos”u çalışdırıb.