"Mançester Yunayted"in müdafiəçisi Dioqo Dalot Milad bayramı öncəsi könüllü fəaliyyətlərdə iştirak edib.
Publika.az xəbər verir ki, 25 yaşlı futbolçu ehtiyacı olanları yemək, duş, tibbi xidmətlər və geyimlə təmin edən, evsiz insanlara kömək edən Mançester xeyriyyə təşkilatına qoşulub.
"Mançester güclü icma və mərhəmət hissi olan bir şəhərdir. Mən 6 ildən artıqdır ki, burada yaşayıram və bu şəhəri ev adlandırmaqdan qürur duyuram. Təəssüf ki, evsizlərin sayı getdikcə artır. Milad çoxları üçün çətin vaxt ola bilər və Mançester xeyriyyə təşkilatı heç kimin geridə qalmamasını təmin edir".
Qeyd edək ki, Dioqo 2018-ci ildən "Mançester Yunayted"də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 27 oyun keçirib və 2 məhsuldar ötürmə edib.