Yarım Benqal pələngi və 4 puma da daxil olmaqla 20 böyük pişik ABŞ-nin Vaşinqton əyalətindəki sığınacaqda noyabrın sonu - dekabrın ortaları arasında quş qripinə yoluxaraq ölüb.
"Cebheinfo.az" xəbər verir ki, Vaşdakı Vəhşi Təbiəti Mühafizə Mərkəzinin təsisçisi və direktoru Mark Metyus "Biz əvvəllər heç vaxt belə bir şey yaşamamışıq" deyib.
Mark Metyus daha əvvəl belə hadisə ilə rastlaşmadıqlarını da bildirib:
"Onlar adətən qocalıqdan ölürdülər.Bu olduqca pis virusdur".O əlavə edib ki, daha üç pişik virusdan sağalıb, birinin vəziyyəti ağırdır.
Sığınacaq müəssisənin karantin altında olduğunu və yaşayış yerləri təmizlənərkən növbəti xəbərdarlığa qədər bağlı qalacağını söyləyib.
Virus puma populyasiyasında noyabr ayında özünü göstərməyə başlayıb və bir neçə pişikdə pnevmoniya əlamətləri yaranıb.
Bir neçə gün ərzində digər növlərdə də xəstəliyin əlamətləri görünməyə başlayıb.
Noyabrın 23-də ilk pişik puma ölüb və sonrakı günlərdə daha bir neçə pişik xəstələnməyə başlayıb.
Metyus sığınacaqda cəmi 17 pişiyin qaldığını bildirib.