İranın cənubunda Xuzistan əyalətinin Abadan şəhərində neft emalı zavodunda boruların yerləşdiyi ərazidə yanğın olub.
Məlumatı “Borna.news” yayıb.
Bildirilib ki, hadisə dekabrın 26-da baş verib.
Abadan neft emalı zavodunun əməliyyat meneceri Seyid Məhəmməd Taharinin sözlərinə görə, müəssisədə ötürücü və istehsal işləri tam gücü ilə fasiləsiz işləyir: “Yanğın heç bir problem yaratmayıb”.
Menecer qeyd edib ki, yanğın söndürülüb.
"Cebheinfo.az"