AZ

Moskvanın və Kaluqanın havalimanlarında uçuşlara məhdudiyyətlər tətbiq olunub

Moskvanın və Kaluqanın havalimanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

APA-nın TASS-a istinadən məlumatına görə, bu barədə “Rosaviasiya”nın mətbuat xidməti məlumat yayıb.

Qərar mülki hava gəmilərinin təhlükəsizliyinin təmin edilməsi ilə izah olunub:

“Məhdudiyyətlər əsasən paytaxtdakı “Şeremetyevo”, “Domodedovo, “Vnukovo”, “Jukovski”, eləcə də Kaluqada yerləşən havalimanında qüvvəyə minib”.

O da qeyd edilib ki, hava gəmilərinin ekipajları, aviasiya dispetçerləri və aerportların müvafiq xidmətləri uçuşların təhlükəsizliyi üçün vacib olan bütün tədbirləri həyata keçirir.

Seçilən
14
5
apa.az

6Mənbələr