AZ

Ermənistan Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etməyəcək

Ermənistan nümayəndə heyəti Avrasiya İqtisadi İttifaqının Minskdəki sammitinə qatılmayacaq.   Manset.az TASS-a istinadən məlumatına görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan təşkilatın toplantısında bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko isə toplantıya videokonfrans formatında qatılan Paşinyana irad tutub: “Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”.

Qeyd edək ki, sözügedən sammit dekabrın 29-da keçiriləcək.

Seçilən
9
manset.az

1Mənbələr