AZ

Ailəsi Hökümənin nəşini gözləyir - VİDEO


Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarədə qəzaya düşərək həyatını itirən ekipaj üzvlərindən Hökümə Əliyevanın cənazəsini ata evində gözləyirlər.

Bakupost.az Gencexeber.az-a istinadən xəbər verir ki, hazırda H.Əliyevanın atası Cəlil Alıyev Bakı şəhərindədir.

Anası Kəmalə Əliyeva deyib ki, qızı hamını qorumaq üçün öz canından keçdi:

“Mən dünəndən hiss etmişdim ki, qızım artıq yoxdur. Qızımın cənazəsinin gətirilməsini gözləyirik. Qorxmurdu heç nədən, dəfələrlə deyirdim, təhlükəli işdir, amma qorxmurdu. Ana, mən işimdən razıyam deyirdi”.

Qeyd edək ki, Hökümə Əliyeva 1991-ci ildə anadan olub. Əslən Kəlbəcər rayonundan olsa da, ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. 2016-cı ildən isə AZAL-da çalışmağa başlayıb. Ailəli olsa da, övladı yox idi. H.Əliyevanın Kəlbəcər rayonunda məcburi köçkün düşən şəxslərin kompakt dəfn edildiyi Göygöl rayonunun Molla Cəlilli kəndində torpağa tapşırılması gözlənilir




Seçilən
13
1
bakupost.az

2Mənbələr