AZ

Neft qiymətləri ABŞ və Çinə görə əhəmiyyətli dərəcədə artıb - Reuters

Yazını böyüt
Yazını kiçilt

Cümə axşamı, dekabrın 26-da neft qiymətləri artıb, çünki Çində əlavə fiskal stimullaşdırma ümidləri yaranıb və ABŞ-ın neft ehtiyatları azalıb. Bu barədə Reuters xəbər verir.

Brent markalı neftin fyuçersləri 39 sent və ya 0,5% artaraq barreli 73,97 dollar olub. Eyni zamanda, Amerikanın WTI (West Texas Intermediate) markalı neftinin qiyməti 43 sent və ya 0,6% artaraq 70,53 dollar/barelə çatıb.

Agentlik UBS holdinq şirkətindən Giovanni Staunovodan sitat gətirib: "Əlavə dəstək Çində gələcək fiskal və monetar stimulun gözlənilməsindən irəli gəlir".

Amerika Neft İnstitutu da ötən həftə ABŞ-ın xam neft ehtiyatlarının azaldığını bildirib. Bu, tələbin daha da artması üçün müəyyən ümidlər yaratdı.

Seçilən
15
hafta.az

1Mənbələr