Dekabrın 18-də La Liqada əvvəlki turlardan təxirə salınan iki oyun keçirildi.
“Rayo Valyekano”nu qəbul edən “Vilyarreal” qələbə qazansaydı. 4-cü pillədə qərarlaşan “Atletik”ə yaxınlaşacaqdı. Ancaq Alvaro Qarsiyanın 20-ci dəqiqədə hesabı açması azmış kimi, Kambvala 32-ci dəqiqədə birbaşa “qırmızı” ilə qovulmaqla “sarı sualtı qayığ”ı bir qədər də çətin vəziyyətə saldı. Azlıqda qalan meydan sahibləri yalnız hesabı bərabərləşdirməyi bacardı.
“Valensiya”nın isə halına ağlayan lazımdı. Ölkənin ən tanınan klublarından biri faktiki 6 xallıq oyunda “Espanyol”la bacarmadı. Puado 44-cü dəqiqədə barselonalıları irəli çıxardı, “yarasalar”ın gücü 2-ci hissənin əvvəlində hesabı bərabərləşdirməyə çatdı.
12-ci turdan təxirə salınan oyun
Vilyarreal – Rayo Valyekano 1:1
Peres, 45+1 – A.Qarsiya, 20. (14000)
13-cü turdan təxirə salınan oyun
Espanyol – Valensiya 1:1
Puado, 44 – D.Lopes, 47. (18122)
1-2. Barselona, Atletiko – 38, 3. Real – 37... 5-6. Vilyarreal, Malyorka – 27... 12-13. Rayo Valyekano, Selta – 21... 18. Espanyol – 15... 20. Valensiya – 11.
Bombardir: Levandovski (Barselona) – 16.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta