AZ

Hökümənin harada dəfn olunacağı məlum oldu - Qohumundan açıqlama

"Hökümənin atası Bakıya gedib. Saat 12-də cəsədinin Azərbaycana gətiriləcəyi gözlənilir" 

  
Bu sözləri AZXEBER.COM-a açıqlamasında AZAL-a məxsus təyyarənin göyərtəsində olan ekipaj üzvlərindən, stüardessa  Hökümə Əliyevanın yaxın qohumu deyib. 
  
O, həmçinin qeyd edib ki, məlumatı AZAL-dan aldıqdan sonra Hökümənin atası Cəlil Əliyev Bakıya gedib: 
  
"Xəbəri alan kimi Hökümənin atası Bakıya getdi. Bu gün saat 12-də cəsədin Bakıya gətiriləcəyi deyilib. Cəsədin sabah ailəsinə təhvil veriləcəyi gözlənilir. Mərhum Samux rayon Alışanlı kəndində dəfn olunacaq".

 
Qeyd edək ki, Hökümə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub.
Seçilən
1625
yenilik.az

1Mənbələr