AZ

İsrail aviasiyası Yəməndə husi hərbi obyektlərinə zərbələr endirib

 İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Yəmənin qərb sahillərində və daxili ərazilərində husi rejiminin hərbi obyektlərinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr qərb sahillərində və Husi terror rejiminə aid hərbi obyektlərə zərbələr endirib. 

Hücuma məruz qalan hədəflər arasında Husi terrorist rejiminin həm Səna Beynəlxalq Hava Limanında, həm də Hizyaz və Rəs-Qətnib elektrik stansiyalarında hərbi fəaliyyətləri üçün istifadə etdiyi hərbi infrastruktur daxildir.

Seçilən
9
ucnoqta.az

1Mənbələr