Bakı. Trend:
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku EmbaloPrezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Trend xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinindekabrın 25-də çoxsaylı insanın faciəli şəkildə həlak olması ilənəticələnən qəzaya uğraması xəbərini dərin kədər hissi iləqarşıladım.
Bu matəm günündə Zati-alinizə və Azərbaycan xalqınaQvineya-Bisau xalqının adından və öz adımdan dərin hüznləbaşsağlığı verirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbuletməyinizi xahiş edirəm".