AZ

Qazaxıstandan Azərbaycanla Rusiyaya QADAĞA: İcazə verməyəcəklər

“Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına cinayət təhqiqatında iştirak etməyə icazə verilməyəcək”.

Yenicag.az xəbər verir ki, bunu Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı danışan Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev deyib.

O, Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, başqa ölkələrin cinayət təhqiqatında iştirak etmə hüququnun olmadığını bildirib.

“Lakin onlara təyyarə qəzasını araşdırmağa icazə veriləcək”, – deyə baş nazirin müavini qeyd edib.

Seçilən
10
yenicag.az

1Mənbələr