Yekaterinburqda məktəblilər bir oğlanı zorla diz çökdürərək döyüblər. Daha sonra bu vəhşiliyi videoya çəkərək paylaşıblar.
Bakupost.az xəbər verir ki, kadrlarda üç məktəblinin oğlanı diz çökdürdüyü və guya təhqiramiz sözlərinə görə üzr istəməyə məcbur etdiyi görünür.
Məlumatına görə, zorakılıq edənlərdən biri beşinci sinifdə oxuyur və bu, onun ilk hücumu deyil.
“Oğlumu və onun dostunu döydü, polisə getdik, şikayət etdik, bədən xəsarətlərini lentə aldıq və məhkəmə-tibbi ekspertizadan keçirdik. İndi isə başqa bir video ortaya çıxdı, oğlan cəmi səkkiz yaşındadır”– deyə zərərçəkən uşaqlardan birinin atası bildirib.
Rusiyalının sözlərinə görə, döyüləndən sonra oğlunun gözünün altında və belində göyərtilər yaranıb, dostunun isə dodağı partlayıb.
Polis hadisə ilə bağlı araşdırma aparılır.
Lalə Novruz, BakuPost