AZ

Xarici dil bilmənin üstünlükləri nədir ?

Dil öyrənmənin bir çox üstünlükləri haqqında keçən məqalələrimizdə ətraflı şəkildə bəhs etmişdik. Dil bilməyin üstünlüklərdən biri də uğurlu gələcək və peşəkar karyera həyatımızın inkişafıdır. Hələ ki bu dil rus dilidirsə. SSRİ dövründən bəri bu dil Azərbaycanda danışıq dili kimi istifadə olunurdu. Bu da təsadüfi deyildi. Azərbaycan və rus xalqlarının eyni coğrafiyada, eyni ərazidə yaşaması və eyni siyasi sistem altında birləşməsi rus dilinin Azərbaycanda ikinci dil kimi istifadəsinə səbəb oldu. Ancaq bu gün də rus dili çox istifadə olunan və çox öyrənilən dünya dilləri arasındadır. Bu baxımdan, rus dili bilməyin üstünlükləri olduqca çoxdur.

Karyeranız sizin üçün önəmlidirsə, rus dili öyrənməkdən başqa yolunuz yoxdur. Bu dilə olan tələbatı siz iş elanlarına nəzər yetirsəniz əksər sahənin ən yaxşı iş elanlarında rus dili tələbini görə bilərsiniz. Bir çox elanlarda eyni vəzifə üçün rus dilini bilənlərdə işə qəbul olma ehtimalı daha yüksək olur. Ən azı üstünlük kimi belə qeyd olunan rus dili biliyi vasitəsilə müraciət etdiyiniz iş sizin ola bilər. Əsasən də rəhbər vəzifələr üçün bu bilik önəmli hesab edilir. Rəhbər vəzifədə çalışmasanız belə bir sıra vəzifələr üçün rus dili bilmək şərt kimi qeyd olunur.

Xarici dil öyrənmənin ən asan və yadda qalan yolu nələrdir ?

Yeni bir dil öyrənməyin ən əsas qaydalarından biri də öyrənmək istədiyiniz dili davamlı və həvəsli şəkildə maraqlı metodlarla öyrənməkdir. Gəlin, öncəliklə işə plan qurmaqla başlayaq :

Günün neçə saatını rus dilinə ayırırsınız?Hər gün neçə söz öyrənməyə çalışırsınız?Dərs vəsaitlərindən əlavə hansı üsullar kömək edə bilər sizə?

İndi isə bu sualları izahlı şəkildə cavablandırmağa çalışaq.

Günün ən azı 1 saatını rus dilinə ayırmalısınız.Söz bazanızı artırmaq üçün mütəmmadi olaraq yeni sözlər öyrənməlisiniz. Gün ərzində 10 söz öyrənsəniz bu aya 300 söz il ərzində isə 100000 (yüz min) dən çox söz öyrənmiş olacaqsınız. Bu metod sizə çox kömək olacaq.Yadda qalan və əyləncəli üsullardan biri də bu dildə olan musiqilər dinləmək maraqlı filmlər izləmək və çoxlu kitablar oxumaqdır. 

Çünki kitab oxumaqla danışıq aksentinizi, sözlərin düzgün yazılışını daha peşəkar şəkildə öyrənmiş olacaqsınız. Musiqi dinləməklə isə sözlərin düzgün tələffüzünü və deyilişini daha effektiv şəkildə mənimsəmiş olacaqsınız.

Niyə Rus dili və İngilis dili öyrənməliyik?

Əgər sizdən müsahibə zamanı Rus dilində və ingilis dilində danışıq bacarığı tələb olunursaƏgər siz internetdə axtarış zamanı sizə lazım olan məlumatlarn çoxu Rus dilində olursaƏgər yalnız İngilis dili biliyi kifayət etmirsəƏgər öz fikirlərinizi istədiyiniz kimi Rus dilində və ya İngilis dilində ifadə edə bilmirsinizsə deməli, rus dilini öyrənmək mütləq vacibdir.

Seçilən
24
tehsil.biz

1Mənbələr