“Rusiya və Azərbaycanın Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı kriminalistik ekspertizasında iştirakına icazə verilməyəcək”.
“Qafqazinfo” “NewTimes.kz”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Baş nazirinin müavini, qəzanı araşdıran xüsusi komissiyanın rəhbəri Kanat Bozumbayev Aktauda keçirdiyi brifinqdə bildirib.
“Qadağaya gəlincə, söhbət məhkəmə-tibbi ekspertizadan gedir. Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına araşdırmanın bu mərhələsində iştirak etməyə icazə verilməyəcək, lakin qəzanın birbaşa araşdırılmasında iştirak edəcəklər.
Bu gündən Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları bizim əməliyyat-istintaq qrupunun üzvü deyil və istintaq hərəkətləri həyata keçirmir. Bütün bunları Qazaxıstanın istintaq-əməliyyat qrupu - polis və prokurorluq həyata keçirir” , - Bozumbayev bildirib.