AZ

Daha bir ölkə BRİKS-ə dəvət aldı

Tailand BRİKS-ə "tərəfdaş ölkə" olmaq dəvətini qəbul edib. Metbuat.az xəbər verir ki, bu barədə Tailand hökumətinin sözçüsü Jirayu Hounqsub açıqlama verib. O bildirib ki, hökumət Rusiyada keçirilən BRİKS sammitindən sonra təqdim olunan tərəfdaş ölkə dəvəti barədə səsvermə keçirilib. Hounqsub qeyd edib ki, səsvermədə təşkilatın dəvəti qəbul edilib. Tailandın Xarici İşlər Nazirliyinin məlumatına görə, BRİKS üzvlüyü ticarət və investisiya təhlükəsizliyini artıraraq ölkəyə fayda verəcək.

Qeyd edək ki, BRİKS 2009-cu ildə qurulub. Rusiyanın təşəbbüsləri ilə qurulmuş BRİKS ABŞ və Qərb ölkələrinin qlobal üstünlüyünü balanslaşdıran platformadır. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən qurulan ittifaqa daha sonra Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri üzv seçilib.

Seçilən
12
metbuat.az

1Mənbələr