AZ

Təyyarənin vurulduğu təsdiqləndi -Rusiyanın “qaçış yeri” qalmayıb

Təyyarənin vurulduğu faktı Rusiya rəhbərliyinə ilk dəqiqələrdən bəlli olub. Bu fikri gücləndirən iki məqam var:

- İzi itirmək üçün təyyarənin istiqamətinin Xəzər dənizinə yönləndirilməsi: belə bir qərarın yüksək səviyyədə verilmədiyi ehtimalı azdır;
- Rusiya mediasının vurulma faktını təkzib etmək və ya məsuliyyəti Ukraynanın üzərinə qoymaq üçün göstərdiyi canfəşanlıq: informasiya-təbliğat axınının hazırlandığı aydın görünürdü;


Görünür, plan baş tutmayıb: təyyarə Aktau sahilinə qədər uça bilib və “qara qutu” tapılıb.

Təyyarənin vurulduğu faktının hökumətdəki mənbələr tərəfindən də təsdiq edilməsi artıq Moskvaya “qaçış yeri” qoymur. İndi Rusiya Azərbaycandan üzr istəməli və cinayətkarları cəzalandırmalıdır, çünki təyyarənin vurulması səhv addım olsa da, izi itirmək üçün dənizə istiqamətləndirilməsi cinayət əməlidir.

Seçilən
20
1
oxu24.com

10Mənbələr