AZ

Qalib ölkənin idmançıları

Prezident İlham Əliyev: “Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq”
Birlik və həmrəylik güclənməsi baxımından idmanın inkişaf etdirilməsi ölkə həyatında mühüm əhəmiyət kəsb edir İdman, gənclərin fiziki sağlamlığını artırmaqla yanaşı, liderlik, disiplin və ədalət anlayışlarını da inkişaf etdirir. Bu dəyərlər, vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayır. İdman tədbirləri, gənclərin bir araya toplaşmasına və ölkə adından birgə mübarizə aparmasına imkan yaradır. İdmançılar, gənclər üçün rol modelləri olurlar. Onların əzmi, iradəsi və uğurları, gənclərə müsbət nümunə təqdim edir. İdmanın vətənpərvərlik hisslərinin daha da möhkəmlənməsində rolu ilə bağlı Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışın toxunub. Dövlətimizin başçısı deyib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir: “Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir.
Əminəm ki, bu dəfə idmançılarımız qalib ölkənin nümayəndələri kimi idman arenalarına, döşəklərə, idman meydançalarına tamamilə fərqli bir ovqatla çıxırdılar. Bu gözəl nəticə dövlətimizin gücünü bir daha göstərdi”. İdman, hərbi qulluqçuların gücünü, sürətini və dözümlülüyünü artırır. Bu, uzun müddətli fəaliyyət və çətin şəraitlərdə çalışmaq üçün vacibdir. İdman, qərarvermə qabiliyyətini və reaksiyaları inkişaf etdirir. Hərbi situasiyalarda sürətli və dəqiq düşünmək tələb olunur. Komanda ruhunun yüksəlməsində də idman önəmlidir. Çünki idman, əməkdaşlıq və komanda işini təşviq edir. Hərbi xidmət də eyni prinsiplərə əsaslanır, bu səbəbdən birlikdə işləmək vacibdir. Hərbi hazırlıqda qarşılaşılacaq psixoloji gərginliklərə dözmək üçün güclü bir ruha sahib olmaq lazımdır. Bu baxımdan idman fiziki fəaliyyət stressi azaltmağa kömək edir. İdman, ümumi sağlamlığı yaxşılaşdırır və yaralanma riskini azaldır. Sağlam bədən, hərbi fəaliyyətlərdə daha effektiv olmağa kömək edir. Nəticədə, idman, hərbi hazırlığın vacib bir hissəsidir və hərbi qulluqçuların müvəffəqiyyətinə təsir edir. Məhz buna görə də ölkəmizdə dövlət səviyyəsində idmanın inkişafına diqqət göstərilir. Bu istiqamətdə atılana addımların effektiv nəticəsinin görürük. Dövlət idman kompleksləri, stadionlar və məşq mərkəzlərinin inşası və modernləşdirilməsi üçün sərmayələr qoyur. Bu, idmanın daha geniş kütləyə yayılmasına imkan tanıyır. Prezident İlham Əliyev mərasimdə idmanla bağlı görüləcək işlər haqqında da danışıb: “Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq. Çünki bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Bizim həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb”. Azərbaycanda idman məktəbləri və akademiyaları yaradılır. Gənclərə peşəkar idmançı olmaq imkanı verilir və idman müəllimlərinin təhsili üçün proqramlar hazırlanır. Dövlət, idman federasiyalarına və təşkilatlara maliyyə yardımı edir. Bu, müxtəlif idman növlərində müvəffəqiyyət qazanmaq üçün şərait yaradır. Ölkəmiz, beynəlxalq idman yarışlarına ev sahibliyi edir, bu da həm yerli idmançıların, həm də gənclərin idmana marağını artırır. İdmanın faydaları barədə maarifləndirmə işləri aparılır, idman festivalları və tədbirləri təşkil edilir. Gənclər arasında idmanın populyarlaşması üçün müxtəlif proqramlar, yarışlar və təlimlər təşkil olunur. Bu cür tədbirlər, idmanın inkişafını sürətləndirir və cəmiyyətdə sağlam həyat tərzinin təşviqinə xidmət edir.
Hazırda regionlarda da idmanının inkşaf etdirilməsi istiqamətində davamlı işlər görülür. Hətta işğaldan azad edilmiş rayonlarda da idman kompleksləri tikilir ki, gənclər bu sahəyə də yönləsin. Prezident İlham Əliyev bölgələrdə bundan sonra da bu işlərin aparılacağını vurğulayıb: “O ki qaldı, azad edilmiş ərazilərə, siz yaxşı bilirsiniz ki, o ərazilərdə infrastruktur layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma mən hesab edirəm ki, bu, mütləq olmalıdır. Çünki bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi - bunun çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Xankəndi şəhərindəki stadion, - hansı ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir, - əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik. Amma bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək və bu stadionun yenidən qurulması prosesi gələn il başa çatmalıdır. Azad edilmiş ərazilərimizdə digər idman qurğularının tikintisi nəzərdə tutulur və bütün bu işləri biz ardıcıllıqla edəcəyik”. İşğaldan azad edilmiş rayonlarda idmanın inkişafına göstərilən diqqət son dövrlərdə artırılıb. Belə ki, azad edilmiş rayonlarda idman kompleksləri, stadionlar və açıq idman meydançalarının bərpası və yenidən inşası həyata keçirilir. Bu, yerli əhalinin idmana marağını artırır. Dövlət və yerli idarələr, idman federasiyaları ilə birgə çalışaraq idman tədbirləri təşkil edir, gənclərin idmanla məşğul olmasına dəstək verirlər. Gənclərin idmana cəlb edilməsi üçün müxtəlif proqramlar və yarışlar təşkil edilir. Bu, yeni istedadların üzə çıxmasına imkan yaradır. İdmanın faydaları barədə məlumatlandırma kampaniyaları aparılır, idmanın cəmiyyətin sağlamlığına olan təsiri vurğulanır. Azad edilmiş rayonlardan idmançıların beynəlxalq yarışlara cəlb edilməsi üçün dəstək verilir. Bu, idmançılar üçün motivasiya yaradır. Yerli idmançılara təlim, avadanlıq və digər dəstək xidmətləri göstərilir. Bu tədbirlərin keçirilməsinin məqsədi azad edilmiş bölgələrin sosial-iqtisadi inkişafını və cəmiyyətin sağlamlığını gücləndirməkdir.
Qalib ölkənin idmançıları
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Seçilən
32
1
azerforum.com

2Mənbələr