Zamiq Əliyev Albaniya Superkubokunu qazanıb.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçunun çıxış etdiyi "Eqnatiya" finalda "Kukeşi" ilə qarşılaşıb.
2023/24 mövsümündə Albaniya çempionu olub və ölkə kubokuna sahib çıxan "Eqnatiya" Superkubokda da qələbə qazanıb. Zamiqin komandası kubokun finalında olduğu kimi bu dəfə də "Kukeşi"ni məğlub edib. Oyun 2:0 hesabı ilə yekunlaşıb.
Zamiqin adı iştirak ərizəsinə daxil edilsə də, o, Superkubokun finalında meydana çıxmaq şansı qazanmayıb.
Antalyaya gedəcək Azərbaycan hakimlərinin siyahısı açıqlanıb
Ukrayna millisinin üzvü PSJ yolunda
"Barselona" "Bayer"in müdafiəçisini həyətinə qatacaq
"Fənərbaxça"dan De Bruyne bombası
Millimizin üzvü 3 oyunluq cəza alıb