AZ

Kike Salas “Sevilya” ilə yeni müqaviləyə imza atdı

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Sevilya”nın mərkəz müdafiəçisi Kike Salas klubla yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı ispan müdafiəçinin yeni sözləşməsi 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2026-cı ilin yayına qədər idi.

Kike Salas “Sevilya”nın yetirməsidir. Müdafiəçi bu klubun aşağı yaş qruplarından ibarət kollektivlərində çıxış etdikdən sonra “Tenerife”də icarədə də olub. “Sevilya”nın əsas komandasında 2023-cü ildən oynamağa başlamış Salas, cari mövsümdə 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. İspan futbolçunun əsas komandadakı göstəriciləri belədir – 52 oyun, 4 qol və 3 məhsuldar ötürmə.

Kike Salas bu il İspaniyanın U-21 yığmasında da çıxış edib, amma əsas millidə hələ debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
arena.az

1Mənbələr